Zurabişvilinin andiçmə mərasiminin keçiriləcəyi yer dəqiqləşdi

    21

    Gürcüstanın yeni Prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi Tbilisidə keçirilməyəcək.

    Hurriyyet.org Trend-ə stinadən xəbər verir ki, mərasim Kaxeti regionunun Telavi şəhərində baş tutacaq.

    Andiçmənin dekabrın 16-da keçirilməsi planlaşdırılır.

    Qeyd edək ki, müstəqil namizəd kimi seçkilərdə iştirak etmiş S.Zurabişvili ikinci turda 59,52 faiz səs toplayaraq prezident seçilmişdi.