Özünü güllələyən polis zabiti xəstəxanada dünyasını dəyişdi – BAKIDA

    21

    İyunun 30-da Bakıda özünü güllələyən polis əməkdaşı xəstəxanada dünyasını dəyişib.

    Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, polis leytenantı Rüfət İsmayılov iyulun 4-də axşam saatlarında müalicə olunduğu Baku Medical Plazada dünyasını dəyişib. Mərhumun meyiti artıq ailəsinə təhvil verilib.

    Xatırladaq ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşı olan R.İsmayılov iyunun 30-da özünü güllələmişdi.

    R.İsmayılovun silahla ehtiyatsız davrandığı üçün özünü güllələdiyi bildirirlir.

    Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunsa da, vəziyyəti pisləşdiyindən yaxınları onu müalicəsinin davam etdirilməsi üçün Baku Medical Plazaya köçürmüşdülər.