Zümrüd Yağmurdan Əhəd Abıyevə sərt sözlər: “Onun ipini çəkənlər…”

    18

    “Mənim Əhəd Abıyev və onun ipini çəkənlərin köməyinə ehtiyacım yoxdur”.

    Hurriyyetorg BakuPost.az-a istinadən xəbər verir ki, bu sözləri Əhəd Abıyevin qardaşı qızı Zümrüd Yağmur "Osmanqızı Tv" yə açıqlamasında deyib: “Təbii ki, yaşananlar mənə çox təsir edib. Hal-hazırda məni ancaq övladım, əhval- ruhiyyəsi maraqlıdır. Bu saat ancaq övladımla əlaqə yaratmaq, onun yanında olmaq istəyirəm. Çünki Selcan ancaq yaralardan və zədələrdən ibarət bir uşaqdır. Mən indi Selcanı atsam, onu məhv etmiş olaram”.

    Ailəsində baş vermiş hadisələri gündəmə çevirənlərə də mesaj göndərən Zümrüd Yağmur bildirib ki, onun ailə məsələlərini şouya çevirməsinlər.

    Xatırladaq ki, ötən gün Qəhrəmanlılar ailəsində baş verən hadisələrlə bağlı Daşkəsən rayonunu icra başçısı, Zümrüd Yağmurun əmisi Əhəd Abıyev Selcan və Sanayın Fuad Qəhrəmanlıdan çoxdan imtina etdiyini demişdi: “Ailədə olan problemlərdən xəbərim var, boşanma üçün Zümrüdün məhkəməyə müraciət etdiyini də bilirəm. Onu da deyim ki, Selcanla bacısı Sanay Fuad Qəhrəmanlıdan çoxdan imtina ediblər. Selcan xaricdə təhsil alır, onun təhsil məsələsində narahatlıq yaranıb. Ona görə Bakıya gələcəm. Hər şey barədə ətraflı danışacam”.

    Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur dünən sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.