Zorlanmaq, zorlama, yoxsa qaydasız məhəbbət?!

    51

    Polemika

    Allahverdi Eminov

    Mətbuatda, şifahi söhbətlərdə, xüsusilə, məhkəmə zalında adət etdiyimiz, lakin ikrah doğuran bir sözə – «zorlamaya» (yaxud, «zorlamaq») rast gəlirik. Dilimizə yatan kəlmə olsa da, qadın (qız) və kişi (oğlan) arasındakı intim münasibətin qeyri-əxlaqi tərəflərinə yozuruq. Nə səbəbdən hər iki subyekt birgə fikrə gəlmədən, bir-birini anlamadan, hisslərini ötəri idarə etmədən nifrətlə ayrılmışlar?

    Xeyli götür-qoydan sonra, hansı ki (vaxtilə) qadın-kişi münasibətlərin müəyyən məqamlarından yazarkən, müsahibə verərkən, suallar ünvanlanarkən «zorlamaq» sözünə bir ötəri (imkanım dairəsində) aydınlıq gətirməyi düşünmüşəm. Nə dərəcədə problem-məsələyə yaxınlaşmışam – oxucu daha dəqiq qərar verər. Məsələnin birinci tərəfi «zorlamaq»ın dilçilik baxımından yozumudur. Bu sözün kökü «zor»dur, yəni «güc», «qüvvə»(t)dir, isimdir. Sözə «lama» şəkilçisi artırdıqda olur «zorlama». Bu söz də isimdir, hərəkəti özündə ehtiva etmir. Amma «zor işlətmək», «zor gəlmək», «zora düşmək» və sair birləşmələri deyirik, yazırıq. Deməli, «zor» o halda hərəkəti (feli) bildirir, ona «maq» (məsdər) şəkilçisini əlavə edirik və «zorlamaq» meydana gəlir, tamamilə qadına şamil olunur: qadın kişi təcavüzünə məruz qalır. Heç bir qanunla birinci tərəfə haqq qazandırılmır. Məhz bu prosesdən sonra şikayətlər ayaq açır hüquq-mühafizə orqanlarına! Belə sonuclanan yaxşı olmayan nəticə üçün zorlamaya əl atmağa dəyərmi?

    Ekspertlər, müstəntiqlər, hakimlər və başqa səlahiyyətlilər çox hallarda (əsasən) sözün terminoloji mənasını araşdırmadan, münasibətlərin emosional tərəfinə diqqət yetirmədən, xırda detallara belə əhəmiyyət vermədən insan taleyini ifrat mənfiyə həll edirlər. Təkrar çıxmasın: qadının könül istəyi yoxsa, hissləri köklənməmişsə, möcüzəli ruhi-bioloji dəyərdən özünü qoruyursa… kişi müdaxiləsinə, yalvarışlarına, intim oyuna köklənməsinə haqq qazandırmağa dəyməz! Qadın elə bir mövcudatdır, elə bir sirli varlıqdır – onu oxşamaq, nazını çəkmək, şirin sözlərdə çimizdirmək, bir sözlə, intim çalarlara hazırlamaq kişinin borcu olmalıdır. Adi birəbitdən quşu (ən balaca) dişi həmcinsindən istəyini almaq üçün min bir oyundan çıxır: qanadlarını sızıldadır, şappıldadır (yəni gücüm, səsim var) sinəsini dimdikləyir (yəni döşündə gözüm var), rəqs edir (yəni qonağın olmağa hazıram) və ilaxır. Sonra onlar birləşir, daha bir-birinə bağlanır, bala çıxarmaq barədə qərar verirlər. Elə isə bəzi kişilər hətta xoşu gəlməyən, bioloji istəyini ödəmək üçün düşünmədən qadınla intim münasibət qurmadan zor gücünə əl atırlar. Bax, məsələnin də ən mürəkkəb və kriminal nöqtəsi buradan başlayır. Sual doğur: belə operativ ovqatlı kişi könlü köklənməyən qadını necə zorlaya bilər? Axı, zorlamaq feildir, hərəkətdir, iki şəxs arasında gedən mini çevik mübarizədir! Qadın məgər heykəlmidir, buz parçasımıdır, hisslərini itirmiş hansısa məxluqmudur? Kişi əgər ona ehtirasın pik nöqtəsində yaxınlaşıb istəyinə nail olmağa çalışırsa, qarşısındakı qadın bu hərəkəti başa düşməyə bilməz. Axı, qadın instiktivi də yox deyil; onun vücudunda intimli hüceyrə dərhal hərəkətə gəlir. Və emosional ovqat özünü ya gizli, ya da aşkar şəkildə büruzə verir: Hər bir kişi «zorlamaq» məcburiyyətində qalıbsa, istər-istəməz qadının donunu çıxarmalıdır, bu isə nə qədər vaxt aparır; demək, o qadın mütləq müqavimət göstərməlidir – razı deyilsə. Bununla «əməliyyat» baş tutmur. Söhbət şüurlu, özünü qorumağa məcbur olan qadından gedir!

    Sonra ikinci vəziyyət gəlir: kişi qadının «erogen zonası»nı oxşamalıdır (döşləri, sinəsi və s.), hətta yumşaq nəvazişlə qadını oyatmalıdır, yuxulu çalarlardan intim aləmin qapısına yaxınlaşdığını sözsüz anlatmalıdır; daha qəmli və kövrək «serenada» oxumamalıdır (məsələ operativ həllini tapmalıdır). Belə mərhələlərdən sonra qadın – əgər onda qadınlıq hissiyyatı varsa – etiraf etməyə bilməz ki, mən zövq almaq barədə yaşayırdım, nəinki şikayətin yollarını düşünürdüm. Bir qadının səmimi etirafı: «Mən yad bir kişiylə tanış olmuşdum, xeyli söhbət edir, mövzular dəyişirdi. Düzü, ona rəğbətim yaranmırdı və intim münasibət haqqında ağlıma heç nə batmırdı. Amma sakit guşədə, daha doğrusu, gəmidə səyahət vaxtı kişi öz kayutasına dəvət eləmişdi, darıxdığını bildirmişdi. Mən nədənsə etiraz eləmədim, sərnişinlərin əhatəsində, artıq üç gün idi Volqa boyu üzürdük. O, söhbəti fırladıb qadın gözəlliyi, qadın möcüzəsi kimi incə mətləblərə toxunurdu. Kayutanın açıq pəncərəsindən sərin hava içəri axır, sinəmdə çapalayır, saçlarımı üzümə səpələyirdi. Bu, onun diqqətində imiş: – Siz, – astadan pıçıldadı, – dediyim o gözəllərdən geri qalmırsız. Sizinlə bir yerdə olmaq, sizi duymaq xoşbəxtlikdir. Atmaca deyil, hisslərimin diqtəsidir.

    Mən ilk dəfə idi yaxından kişi tərifini eşidirdim, düzü, xoşlanırdım. Sözlərdən sonra o, azca xoşuma yatdı, amma intim münasibət ağlıma gəlmirdi. Onun barmaqları titrəyirdi, açıq sinəsində tükləri qabarırdı. Bu isə ona qarşı rəğbətimi qıdıqlamırdı. Birdən əlimdən tutdu, azca sıxdı, mən dərhal əlimi çəkdim: – Cızığından çıxma, – dedimsə, sözlərimi yersiz olduğunu anladım. Yanaqlarımın qızartısı sıçrayırdı açıq sinəmə.

    – Bağışla, – astadan dilləndi. – Siz hər bir soyuq kişini belə xoşbəxt eləməyə layiqsiz. Mübaliğəsizdir, az-çox romanlar oxumuşam. Sizinlə söhbətim məndə unudulmaz təəssürat yaradacaqdır. Barı, saçlarını oxşayım, yumşaq əlini ovum. Kişilər daima gözəl qadınlara uduzurlar!

    – Nahaq belə qərar verir kişilər, – səsim xırıldadı, onun gözlərinə baxdım, atəşin közərtisini görürdüm. Vücudu sanki yalvarışından balacalaşırdı. Bədənim güllü donumun içərisində sanki darıxırdı, sinəmdə xumarlana qalın cavan saçlarım onun ovcunda idi. Nə edirdim mən? Yad kişi kim idi?

    – Sehirbaz deyilsən ki? – Təbəssümlə soruşdum. – Kişilər hər dəfə qalib olurlar zəif və zərif qadınların önündə. Məndəmi? Yox! Söhbətimiz başqa vaxta qalsın. – Ayağa qalxdım, o, məni ağuşuna bələdi anlar içərisində, dodaqlarımda yığılıb qalmış şirəni sordu. Meh bal şirəsini onun dodaqlarına səpələdi. Donub qalmışdım ehtirasımın ucbatından. O isə güllü donumu çıxarırdı…»

    Ötəri təsvir olunan bu mənzərədə çox mətləblər gizlənib: könlü «istəməyən» bir kişinin şirin sözləri, qəfil müdaxilələri, əllərinin «dili» iradəmi boğdu, qadın ehtirasını oyada bildi. Məgər belə bir intim münasibəti «zorlamaq» kimi qələmə vermək nə dərəcədə həqiqətdir? Bu qadın şikayət də edərdi; öz kayutasına çağırmış, məqsədi üçün əyləndirmiş və təslim etmişdir…

    Məhkəmə zalında bu epizod səslənərsə görəsən hakimlər hansı qərarı seçərdilər? Onlar qadın hisslərini kişi zövqüylə qiymətləndirərdilərmi? Yoxsa şikayət ərizəsinə təslim olardılar? Suallara birmənalı cavab vermək zorunda deyiləm. Mən hakim olsaydım, dərhal, yumşaq, səmimi etirafın istisi çəkilmədən həmin «zor» işlətmiş (!) kişinin müşahidəsini səsləndirərdim: «Məni bu ağır, taleyüklü rəsmi məkana gətirən, barmaqlar arasına salan (belə mənzərə heyvanxanalarda vəhşi aslanların salındığı dəmir çərçivələrdir. – Müəllif), o qadın önündə danışmaq ağırdır, xüsusilə, iştirakçıların tərkibi müxtəlifdir. Ona görə də təəssüratımı əvvəlcədən yazmışam, buyurun, hakimlər, oxuyun».

    Əzilmiş, əllərində titrəyən vərəqləri sanki mühakimə edəcəkdilər bu zalda. O isə təmkinini saxlamaqda çətinlik çəkirdi, əvəzində kişilik gücünü büruzə verirdi. Həmin vərəqləri sonradan alıb oxudum, çünki hakim mənim məşhur kitabımı oxumuşdu. «Düzü, həmin, yəni məhkəməyə çağırılan qadına nə küçədə, nə tənha evdə, nə də yol gedərkən tanış olmuşdum. Bir məhlədə, qovuşan küçələrdə görmüşdüm. Bir kərə ona «salam» verdim, sadəcə tez-tez gördüyü bir adam kimi salamımı aldı, dodaqları titrəyirdi, şumal üzündə cizgilər oynadı, qısa vurulmuş saçlarını sığalladı. Bu görüş bir neçə dəfə təkrarlandı, məndə artıq ona qarşı erotik hisslər oyanırdı. Bu xanım qadını kəməndə (belə də yazıbdır – Müəllif) salmaq barədə düşünürdüm, onu itirmək necə də ağır olardı! Nəhayət, evdə tək qalan günlərim başlanmışdı… İmkan yaranmışdı, lakin onu dəvət etmək üçün bir bəhanə, məqam olmalı idi. O, küçə qadını deyildi! Həmin məqam yetişdi, onunla tək rastlaşdım, kasıb atmaca atdım, o dövlətli cavab verdi, pıçıldadı ki, qonşu kimi çəkinmərəm, bütün kişilər eyni olmur ha! Danışdığımız şərtlə.

    Üçüncü mərtəbəyə qalxdıq, içəri girdik, ona divanda əyləşməyi təklif etdim, razılaşdı. Dərhal mətbəxə keçib çay hazırladım. Mənsə üzbəüz stulda oturdum. Bəlkə də səhvim idi, tələsirdim, onu əldən buraxmaq istəmirdim. O, qəfil dişi turac təkin «pırr» edib uçsa idi, qanadlarının səsi qulaqlarımda peşimançılıq mahnısını oxuyacaqdı. Divana keçdim, o, aralandı, əlindəki çay stəkanı dalğalandı: – Çay soyumayıb hələ, – qəzəbli halda dilləndi. – Bu niyyətləmi məni dəvət etmisən? Kişilərdə belə xəyanət olmur!

    Söz tutdu məni və içimdə gülümsündüm ki, ay xanım, hansı aləmdən gəlmisən bizim dolaşıq dünyamıza, mənim tənha mənzilimə? Qadınsız kişiylə nə işin var?

    Onun ətli, ağappaq barmaqlarını elə bil ilk dəfə idi görürdüm, diqqət eləməmişdim. Gözlərimin qızartısında atılmış giliz kimi tüstülənirdi, burnumu qıcıqlandırırdı. Ovcuma aldım, yaltaqcasına dodaqlarıma apardım, ümidsiz halda öpdüm. – Məni məğlub eləmə, – deyib o biri əlini tutdum. – Sənin arzularını yerinə yetirməyə hazıram. – Son nikbin vədim bu idi. – Bu saat mənim olmalısan, bir kişi ehtirasını dadmalısan! Sonra…

    – «Sonra» nədir? – Sonraya qalsa sənin xeyrinə olacaqdır! Və ayağa qalxdı, çiynindən ustufca tutub dizlərim üstə otuzdurdum, cüzi müqavimət göstərdi.

    – Belə çıxır məni zorlamaq istəyirsən? Sonrası budur? Cavab vermək sənin üçün qorxulu deyilmi? Bir neçə dəqiqəlik nəşən üçün?

    Mən onu ayağa qaldırmışdım «kövrək nağılı» söylərkən, qəşəng yaraşan donunu astaca çıxarır, o isə «sən nə edirsən, bu zorlamadır, mənim taleyimlə oynamadır!

    Alt paltarında özünü görəndə qəzəbləndi, parıldayan qollarını belinə doladı, «ah» çəkdi, bu «aha» oxşamırdı, illərlə yatmış ehtirasdan süzülən mirvari rəngli daş-qaşlardı, köksümə dəydikcə bədənimi gizildədirdi, beynimin qurdunu oyadırdı. Bəs həkimlər deyir ki, insan başında qurd olmur, qurd qoyunlarda var. Həkimlər bircə onu pıçıldamayıblar ki, kişi xoşladığı qadınla müqavimətə rast gələndə qoyun təkin şüursuz canlıya çevrilir.

    Qadının gözləri parıldayır, vəziyyətinə inanmırdı: bir kişinin qucağında astadan nəfəs alır, kişini ovsunlayan səs çıxarır, yalvarır ki, hə, bəsdir, dalısı sonraya qalsın, söz verirəm imtina eləməyəcəyəm istəyinə.

    – İstəyini de, sonraya saxlama. – Xırıltılı səsimlə sözləri çatdırmağı bacardım.

    – Mən ərə getməliyəm, sənsə subaysan, axır evlənəcəksən, eləmi? Mənim gözəlliyimdə qadına heç vaxt rast gəlməyəcəksən. Ömürlük sənə eşq bağışlaram.

    – Belə söhbətin yeri deyil, gözəl qadın, sən titrəyirsən, isti otaqda üşüyürsən. – Qucağıma alıb çarpayıya aparanda o, əllərini çiyinlərimdə qoşalaşdırmışdı, narın göz yaşları sızırdı.

    – Ağlayırsanmı? – Sakitcə soruşdum. O: «yox» dedi, bədənim tab gətirmir, – pıçıldadı…

    Vərəqlərdə kişi bəzi sosial məsələlərə də işarələr vurmuşdu. Təbii ki, qadının təkliflərilə bağlı idi.

    Qadın məhkəmədə yazılanlara etirazını bildirmədi. Onu sual elədi ki, möhtərəm hakim, axı, mənim könlüm yox idi təslim olmağa. O, məni gipnoz elədi, başdan-başa sahirbazdır, nə istəyəcəyimi yerinə yetirməyə hazır dayandığını vəd elədi. Mənim istəyim o idi evlənsin mənlə, onun xanımına çevrilim. Əvəzini, əslində qadın qisasımı bu yolla alacağam! O, bu intiqama layiqdir.

    Hakimdə obyektivliklə mərhəmətin qovşağını hiss edirdim. O, təmkinini pozmadan qadına sual verdi:

    – Şikayətinizdə zorlandığınızı təkidlə yazırsız, bir yandan da kişinin yazdıqlarını, verdiyi sualları təsdiq edirsiz. O prosesdə bir qadın olaraq hansı duyğuları keçirirdiz?

    Oturanlar arasında tərpəniş, pıçıltı eşidilirdi. Qadının cavabı daha çox maraq doğururdu.

    – Yazıldığı kimi. – Yanaqlarında tumurcuqlanmış tərini yaylığı ilə sildi, ağappaq ətli barmaqlarında yaylıq titrədi, saçlarına toxunmağı unutmadı. – Mən ən əvvəl, qadınam, borcumu ödəməliydim, yenə deyirəm ki, o, məni yoldan çıxartdı.

    Hakim gülümsündü:

    – «Yoldan», yoxsa «yolundan» çıxardı? Lütfən dəqiqləşdirin.

    Qadın özünü itirmişdisə, düşündüyünü bildirdi:

    – Yolumdan, amma qabaqcadan vəziyyətin bu cür olacağını ağılıma gətirməmişdim. O kişi sehirbazdır!

    – Qadınlar ehtiraslarını boğa bilməyəndə kişilər belə təsir yaradırlar. – Hakim dən düşmüş saçlarını barmaqları ilə daradı, zalda oturanlara nəzər saldı. – Reaksiya, xanım, sizin xeyrinizə deyil. Bir də, sizin kimi intellektual və dul qadını aldatmaq müşkül olur. Ərizənizlə danışığınız və xarakteriniz tamamilə bir-birinə ziddir. Sualıma sərbəst cavab verə bilərsiz. Ehtiras haqqında nəsə bir şey: kitabmı, məqaləmi oxumusunuzmu? Kaş oxuyaydız, siz məni də, o kişini də təsirsiz anlayardız.

    Qadın susdu, baxışları çiçəkdən küsmüş kəpənək kimi çapaladı, vurnuxdu və gözlərindən çəkildi.

    Hakim bu məsələyə qayıtmadı.

    Normal təbiətli qadınlar ömürləri boyu intizarla «zorlayacaqları» günü gözləyirlər. Bu halı – məqamı xoşlayırlar istər-istəməz. Sonra bəlli tədbirlər başlayır. Polisin qapılarını döymək, psixoloji yardım, isterialı telefon zəngləri, depressiya və intihara cəhd… Qadın(lar) üçün zorlama hadisəsi, öncə, cansıxıcı, maraq doğurmayan, şit nəsilartırma üçün vurulan ədavadır. Canlı təbiətdə belə vəziyyət ənənəvi olaraq izləmələr, rəqib həmcinslə buynuzlaşmalar, zəif cins naminə vuruşlar və axırda xoşbəxt dişiyə vurulan sillələr.

    Kişilər əsasən bu cür fikirləşir, bəlkə də haqlıdılar. Və Beynəlxalq Assosiasiyasının rəyi: «Qadına münasibətdə qanuna zidd əməllər həyata keçirən cinayətkar üçün qadından nə isə oğurlamaq onu zorlamaqdan kifayət qədər çətindir» (ötən əsrin ekspert rəyi). Belə çıxmırmı ki: Qadının ismətini almaq onun əl çantasını almaqdan asandır. Ona görə ki, qadın zorlananda onun göstərdiyi əks tədbirlər qeyri-iradi şəkildə cinayətkara kömək etmiş olur. Çantasını qoruyan qadın isə yaralanmış dişi aslan kimi mübarizəyə girişir, var gücü, zoru ilə çalışır onu əlindən verməsin.

    Heç bir qadın əsla arzulamaz yataqda onunla bokslaşsınlar və bu, mütəmadi baş versin. Ən ehtiraslı qadın bu «şappıltıya» tab gətirmək istəməz. Formal baxımdan kişinin uzun müddət yaşadığı arvadının dodaqaltı pıçıldadığı: – Allah xatirinə nə eləyirsən elə, təki məni yuxudan oyatma, – razılığı olmadan həyata keçirdiyi əlaqə də zorlama adlanır…

    Bəzi qadınlar yataqda belə zorlamadan xoş hisslər yaşayırlar. Lakin dumanlı, elə də razılaşdırılmayan «təxəyyül» şəklində. Bütün hallarda qadın öz yatağında əri tərəfindən zorlanmasını sakit ovqatla qarşılayır. Real: zor gücünə, rəfiqinin (dostunun) köməyilə zorlamaya rəvac vermək cinayətdir və qadın tamam başqa cür reaksiya göstərir, tamamilə haqlıdır. Məsələn, istəmədiyi qızı qaçırır, zivaf gecəsində yataqda əks təsirlə qarşılaşır, oğlan isə inadından dönmür. Gəlin, səs-küy salmamaq, pərtlik yaratmamaq naminə zorlamaya dözür. İnanmaq çətindir. O gəlin zövq alsın, qadınlığın ilk «ləzzəti»ni yaşasın. Belə hallarda şikayət rəsmiləşib məhkəmə zalına çıxırsa, oğlan tamamilə günahkar sayıla bilər. Hər halda o gəlin yataqda lazımi işləri könülsüz də olsa görmüşdür. Bu vəziyyət də nəzərdən qaçırılmamalıdır.

    Unutmayaq, qadınların utancaqlıq hissinə fərdi münasibətləri gizlin deyil. Kişilər bu psixoloji məqamda özünü tox aparmalı, centlmensayağı davranmalıdır. Zorlanmasını haçansa kədər-ağrı hissilə xatırlamasın. Mübahisəyə qoşulub təhkiyəyə imkan vermək istəməzdim. Qadınlar heç də eşq üçün doğulmamışlar, xüsusilə, şərqli qızlar və xanımlar olsun. Mən məşhur ərəb şairi Adinisin kəlamı ilə fikrimi yekunlaşdırmalı oldum: “Biz müsəlmanlar qadının fərdilikdən, sözdən, hüquqdan, azadlıqdan məhrumiyyətinin əzabını çəkirik”.