Zorakılığın qarşısının alınması üzrə fond yaradıldı – YENİLİK

    15

    Gimnastikada zorakılığın qarşısının alınması üzrə fond (Gymnastics Ethics Foundation) yaradılıb.

    Hurriyyet.org xəbər verir ki, bu barədə qərar Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində qəbul olunub.

    Qeyd edək ki, bu ilin fevralında FIG-in prezidenti Morinari Vatanabe idmançıların seksual xarakterli zorakılıqla bağlı məlumat verə biləcəkləri müstəqil qurumun yaradılmasını təklif edib. Yeni təsis edilən fond FIG-dən asılı olmayacaq.

    FIG-in Bakıdakı Konqresi dekabrın 2-3-ni əhatə edib.