ÖZÜMÜZÜ TANIYAQ – 3 may 300 milyonun günüdür!

    33

    Məlumdur ki, 3 may Türkçülük günüdür. Dünyada türk xalqlarının sayı 300 milyona qədərdir. Bəs özümüz haqqında zəruri məlumatlarla tanışıqmı?

    Tanış olanların xatırlaması, olmayanların məlumatlanması üçün kiçik araşdırmanı təqdim edirik:

    Türklərin ümumi sayı müstəqil türk dövlətlərində 130 milyondan çoxdur. 50 milyon nəfərə yaxını isə Rusiya və Çin ərazisində yaşayır. 80 milyondan çox türk isə dünyanın müxtəlif ölkələrində məskunlaşmışdır. Türk dünyasında təbii artımın orta göstəricisi 2%-ə yaxındır.

    Türk xalqlarının hazırda 7 müstəqil dövləti var – Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr.

    Müstəqil dövlətlərdən başqa Rusiya Federasiyasının tərkibində Tatarıstan, Başqırdıstan, Çuvaşıstan, Saxa (Yakutiya), Tıva, Xakasiya, Kabarda-Balkariya, Qaraçay-Çərkəz, Altay Respublikaları və Taymır (Dolqan-Nen) milli mahalı, Çin Xalq Respublikasının tərkibində isəSintzyan-Uyğur Muxtar Rayonu vardır.

    Bəziləri isə heç bir özünüidarə hüququna malik deyil və müxtəlif dövlətlərin ərazilərində, Asiyada Əfqanıstan, İran, İraq, Suriya, Avropada Bolqarıstan, Rumıniya, Yunanıstan, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və sairə ölkələrdə yaşayırlar. Belə türk xalqlarına qumıqlar, krım tatarları, qaraçaylar, şahsevənlər, türkmənlər, sibir tatarları, bolqar türkləri, əfşarlar və sairə aiddir. Təəssüf ki, bu xalqların çoxu gəlmə xalqlar içərisində assimilyasiya olunmaqdadırlar.

    Türklərin ana vətəni Mərkəzi Asiya hesab olunur. VII əsrdən başlayaraq üç istiqamətdə – Şimali-Şərqi Asiya,Ural dağları və Qərb tərəfə köç ediblər.

    Türk xalqlarının dili Altay dil qrupuna məxsusdular. Dil və mənşə fərqinə görə dörd qola bölünürlər:

    Oğuzlar – Anadolu türkləri, azərbaycanlılar, qaqauzlar, türkmənlər, axısqa türkləri, krım tatarları, türkmanlar, Xorasan türkləri və s.
    Uyğurlar – özbəklər, həzaralar, salarlar, uyğurlar, tuvalar, şorlar, komasin-tobollar, baraba tatarları, çulumlar və s.)
    Qıpçaqlar – qazaxlar, qaraqalpaqlar, qumıqlar, qırğızlar, altaylar, noqaylar)
    Bulqarlar – tatarlar, başqırdlar, qaraçaylılar, qaraimlər

    Türk xalqlarının böyük bir qismi islam dininə etiqad etsə də, çuvaş və qaqauzlar xristian, yakutlar, dolqanlar və xakaslar şamanist, karaim və krımçaklar iudaizm, uyğurların böyük bir hissəsi isə buddizm dininin nümayyəndələridirlər.

    Türk dövlətləri təbii sərvətlərin zənginliyi ilə öyünə bilər.

    Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Tatarıstan və Başqırdıstanda zəngin neft-qaz yataqları mövcuddur.

    Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Tıvada, Sintzyan-Uyğurda və Saxada daş kömür yataqları var.

    Dəmir filizi Türkiyədə, Qazaxıstanda, Saxada, Altayda, Azərbaycanda və Xakasiyadadır.
    Mis filizi, Qazaxıstan, Sink Qazaxıstan, Özbəkistan, Azərbaycanda, xrom yataqları isə Türkiyədədir. Polimetal filizləri Qazaxıstanda, Azərbaycanda,

    Özbəkistanda, Türkiyədə, Altayda, qızıl yataqları Özbəkistan, Qazaxıstan, Azərbaycan, Altay və Saxadadır. Almaz Saxada çıxarılır. \Cebhe.info\