Ziyillərdən xilas olmaq istəyirsinzsə bu üsullardan istifadə edin

    18

    Çay ağacı yağı güclü antiseptikdir və ziyillərin çıxmasına səbəb olan bakteriyaları öldürür.

    Bir neçə damla çay ağacı yağını iki xörək qaşığı suya damlazdırın və ziyillərinizin üstünə çəkin. Qurumasını gözləyin. Gündə 5 ilə 6 dəfə təkrarlayın.

    Alma sirkəsinin asidik tərkibi ilə ziyillərinizdən sürətli şəkildə xilas ola bilərsiniz.

    Bir pambığı alma sirkəsinə batırın və ziyillərinizin üzərinə yerləşdirin. Pambığı bant köməyi ilə sabitləyin. Səhər pambığı çıxarın.Bir həftə ərzində təkrarlayın.

    Sarımsağın mikrob öldürücü xüsusiyyəti ilə müxtəlif virus, bakeriya və parazitlərə qarşı qoruyur. Bir neçə sarımsağı əzib suyunu və püresini ziyilə çəkin. Gündə bir dəfə istifadə edin.

    Banan qabığının tərkibində dərini yaxşılaşdıran maddələr var. Ziyilin üzərinə bir neçə dəqiqə ərzində banan qabığı çəkin.Ya da banan qabığını bant köməkliyi ilə ziyilinizin üzərinə qoyun. Gündə bir dəfə edin.

    Qabartma tozu iltihabların qarşısını alır və antiseptik xüsusiyyətləri ilə ziyillənizindən xilas ola bilərsiniz.

    3-4 xörək qaşığı qabartma tozunu bir kasada suya əlavə edin. Ziyilli əlinizi və ya ayağınızı bu kasada yarım saat gözlədin. Daha sonra məhraba ilə qurutmayın. Öz-özündən qurumasını gözləyin.

    Əncir suyu antioksidan və mikrob öldürücüsüdür. Ziyilinizin üzərinə bir miqdar yeni əncir suyu tətbiq edin. Dərinizin əncir suyunu əmməsini gözləyin. Gündə 3 dəfə təkrarlayın.

    Aspirinin tərkibindəki salisillik asid bir sıra dəri probleminə faydalıdır. Həmçinin ziyillərə qarşı da təsirlidir.

    3-4 aspirin tabletini əzin və bir az su əlavə edin. Qarışımı ziyillərinizin üzərinə tətbiq edin. Gecə ərzində saxlayın. \\hekimtap.az

    Hurriyyet.org