Ziya Bünyadov prospektində baş verən qəza tıxaca səbəb olub – FOTO

114

Bakının Ziya Bünyadov prospektində 20 yanvar dairəsi istiqamətində (Atatürk prospekti ilə kəsişmədə körpüyə qalxan hissədə) yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur. Sıxlıq səbəbindən hərəkət sxemi həmin ərazidən keçən 5 müntəzəm və 1 ekspres xətt üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bu kimi hallar öz növbəsində qarşıdakı dayanacaq məntəqələrində o cümlədən avtobuslarda sıxlıqların yarannasına səbəb olur.

https://ww.apa.az/upload/news/2020/august/07/big/1596796674486_EE6F2X3r.jpeg