“Zirə” yenə “Qarabağ”la üz-üzə

168

“Zirə” komandasının qış hazırlıq planı bəlli olub. Klubun rəsmi saytının yaydığı məlumata görə, kollektiv üzvləri yanvarın 2-də hazırlığa başlayacaqlar.

Yanvarın 4-dən təlim-məşq toplanışına start verəcək “qartallar” bu müddətdə 2 yoxlama oyunu keçirəcək. Görüşlər yanvarın 10-da “Sumqayıt”a, yanvarın 14-də “Qarabağ”a qarşı olacaq.  Qeyd edək ki, “Zirə” Azərbaycan Premyer Liqasının XIV turunda “Qəbələ”ni qəbul edəcək. Görüş yanvarın 21-də keçiriləcək.