Zığ qəsəəbəsində hasar qaz xəttini zədələyib

90

Noyabrın 16-da Bakıda intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb. Sakinlərin Hurriyyet.org-a bildirdiyinə görə, yağış yol infrasrtukturuna da ziyan vurub.

“Azəriqaz” İB-nin yaydığı məlumata görə, ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S. Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.

YƏHYA