Zibillikdən tapdığı minlərlə dolları polisə təhvil verdi

69

Türkiyənin Bursa şəhərində yaşayan təmizlik xidmətinin əməkdaşı vicdanlı addım atıb. O, zibillikdən tapdığı minlərlə dolları polisə təhvil verib. Bizimyol.info xəbər verir ki, Həbib Çaylı pullardan təsadüfən xəbər tutub. O, torbada 110 min lirə (təxminən 15 min dollar) olduğunu görüb. Təmizlik xidmətinin işçisi dərhal polisə xəbər verib. Asayiş keşikçiləri pul bağlamalarının üzərindəki yazıdan vəsaitin hansı bankdan götürüldüyünü dəqiqləşdirib. Pulların sahibi hələ müəyyənləşməyib. Polis həmin şəxsi tapmağa çalışır.

Həbib Çaylı belə deyib: “İşimi çox sevirəm. Başqasının pulunda gözüm yoxdur. Mən halal adamam. Bəlkə də, kimsə bu pulları kredit kimi götürüb. Özümün kredit borcum var, amma bunlara əl vura bilmərəm”.