“ZEYTUN BUDAĞI” əməliyyatından sonra ABŞ-dan Türkiyə ilə MÜNASİBƏTLƏRİ QOPARACAQ ADDIM

    6

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı başlanandan bəri ilk dəfə İraq və Suriyada yerləşmiş İŞİD ilə mübarizə koalisiyasındakı amerikalı generallar qalmaqallı bir görüş keçiriblər. Əsas onurğası PKK/YPG terror təşkilatından ibarət olan DSQ-nin nümayəndələri ilə görüşən amerikalı generalların fotoşəkilləri koalisiyanın sosial media hesabında paylaşılıb. Türkiyənin Afrindəki terror təşkilatlarıPKK/KCK/PYD-YPG və İŞİD-ə qarşı başladığı “Zeytun budağı” əməliyyatını bəhanə gətirərək Suriyada İŞİD-ə qarşı əməliyyatlarını dayandıran SDQ terror təşkilatının rəhbərləri ilə ABŞ və Koalisiya qüvvələrinin komandirləri görüşüblər.

    “Zeytun budağı” əməliyyatı başlanandan bəri ildə dəfə keçirilən görüşün fotosu Koalisiya qüvvələrinin sosial media hesabında paylaşılıb.

    Fotolarda ABŞ Mərkəzi Qüvvələr (CENTCOM) komandiri general Cozef Votel bir SDQ rəhbəri ilə görüşür. Fotolara belə şərh verilib: “Koalisiya və ABŞ generalları Suriya demokratik Qüvvələindən olan ortaqlarımız ilə İŞİD-ə qarşı Orta Fərat vadisindəki mövcud əməliyyatlar haqqında daha yaxşı fikir mübadiləsi aparmaq üçün görüşüblər”.

    Hurriyyet.org