Zərif uranın zənginləşdirilməsi ilə bağlı açıqlama verdi: “İRAN 300 KQ LİMİTİNİ KEÇDİ”

    12

    Hurriyyet.org xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkədə aşağı dərəcədə zənginləşdrilmiş uran ehtiyatının nüvə müqaviləsində nəzərdə tutulmuş 300 kq həddini keçdiyini bəyan edib.

    Xatırladaq ki, İranla ABŞ və bir sıra Avropa ölkələri 2015-ci ildə nüvə müqaviləsi imzalamışdılar. 2018-ci ilin may ayında isə prezident Donald Tramp birtərəfli olaraq, ABŞ-ın bu razılaşmadan çıxdığını və İrana qarşı sanksiyalar tətbiq ediləcəyini bəyan etmişdi. Sanksiyalar nəticəsində iqtisadi vəziyyəti ağırlaşan İran dövləti iyul ayından etibarən zənginləşdirilmiş uran ehtiyatlarının artırılacağını bildirmişi.

    Hurriyyet.org