“Zəlzələ güclü olduğundan avterşoklar davam edəcək” – Seysmoloji Mərkəz

    6

    “Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 avterşok qeydə alınıb”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə apa-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.

    Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.

    Xatırladaq ki, 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş verib.