Zelenskidən erməniyə şillə kimi cavab: “Sən – evimin qapısını üzünə açdığım adam!.. Sizin əlləriniz yuyulmalıdır”

192

Hurriyyet.org xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski onu “müharibəni dəstəkləməkdə”, Kiyevi guya  Azərbaycana “fosfor bombaları satmaqda” ittiham edən erməni rejissor Sarik Andreasyana sərt cavab verib. Zelenski bu xəbərin Rusiyanın “feyk xəbəri” və yalan təbliğatı olduğunu yazıb.

Zelenskinin cavabı onun “Teleqram” şəbəkəsindəki rəsmi səhifəsində dərc edilib. Zelenski yazıb:

“Sarik, başa düşürəm ki, bu doğrudan da ağrılıdır. Əsl müharibənin nə olduğunu görmək vahimə doğurur. Düzdürmü? Ancaq… Amma özgələrinin yalan xəbərlərinin daşıyıcısı rolunu öz üzərinə götürmək həqiqətən lazım deyil. Rusiya təbliğatının nəyi və nə üçün elədiyini, niyə total şəkildə yalan danışdığını başa düşürəm. Amma səni qətiyyən başa düşmürəm. Çünki Ukrayna heç vaxt heç hara fosfor bombası göndərməyib.  Ümumiyyətlə. Xüsusilə də artıq qaynayan və çoxlu qızğın beyinlərin olduğu, bəzilərinin nəyi isə “geosiyasi həll eləməyə” çalışdıqları yerlərə yox”.

Zelenski ona qarşı Qarabağdakı müharibəyə qarışmaqda ittihamını səsləndirən şəxsin yaxın adamı olduğuna da əsəbiləşib.

Ukrayna Prezidenti yazıb: “Düzünü desəm, çox təəssüf edirəm ki, sən – öz evimin qapısını üzünə açdığım adam, mənim daxili aləmimə və dəyərlərimə gözəl bələd olan biri özgə təbliğata belə asanlıqla qoşulur. Axı şəxsən özümdən də soruşmaq olardı? Elə deyilmi?”

Zelenski Ukraynanın istənilən qanlı münaqişəyə qarşı çıxış elədiyini qeyd eləyib və ermənilərə məsləhət görüb ki, “məlum təbliğatla təmaslardan sonra tez-tez əllərini yusunlar”.

Sarik, mənim də sənə bir sualım var… Ukraynaya müharibə gələndə  və bizim uşaqlarımız həlak olanda sən harada idin? O zaman ki, bir yox, iki yox, onlarla erməni mənşəli Ukrayna vətəndaşları da ölürdülər! Onda şəxsən sən təcavüzə qarşı nə demişdin? Heç nə?”

Həm Azərbaycana, həm Ukraynaya böhtan atan erməni təbliğatçısı

Xəbər verildiyi kimi, iki gün bundan əvvəl erməni rejissor Sarik Andreasyan öz “İnstaqram” hesabında belə yazmışdı: “Vova, salam! Bu fotoşəkilləri təxminən on il bundan əvvəl çəkdirmişdik! Yadımdadır, səninlə görüşdüm, dedim ki, sənin mənim filmində oynamağını çox istəyirəm. Sən buna razılıq verəndə çox xoşbəxt oldum. Prodüserlərin müxtəlif yollarla öz fantaziyalarını mənim filmimə sırımaq istədikləri və sənin məni tam dəstəkləməyin yadımdadır. Yadımdadır, montajın ilkin variantını Kiyevdə sənə göstərdim və sən həmişə ədalətli və dürüst oldun. Yadımdadır, sizin evə qonaq gəlmişdim və sənin gözəl xanımın bizə çay hazırladı. Yadımdadır, bir dəfə kafelərin birində bizim tanınmış aktriasalarımızdan biri ofisantla kobud rəftar elədi və sən onu susdurub dedin: “Nəzakətli davran – qarşındakı insandır”.  Yadımdadır, biz Sankt-Peterburqda kinobazarında görüşəndə övladlarımızın dünyaya gəlməsi münasibəti ilə bir-birimizi təbrik elədik. Hələ bildik ki, ikimiz də oğlumuza eyni adı – Mark adını qoymuşuq.

Mən həmişə ömrümün bir çağında sənin dostum olduğunla fəxr eləmişəm və həmişə bütün müsahibələrimdə sənin böyük ürəkli insan olduğunu demişəm. Dünən isə fosfor bombasından yanmış erməni uşaqların bədənlərinə baxırdım və bəlli oldu ki, bunu sən bizim qonşularımızla dostluğunu möhkəmləndirmək üçün onlara satmısan. Sənə demək istəyirəm: “Nəzakətli davran – qarşındakı insandır”.  Amma görünür ki, siz bu “stullara” oturanda, (…) bütün insani və xeyirxah hissləri haradasa keçmişdə qoyursunuz. Mənim Kaliforniyadan Moskvaya qədər çox sayda ukraynalı dostum var. Lakim mən və mənim xalqım əlləri qanda olanlarla dostluq eləməklə fəxr edə bilməz. İndi ki, məsələ belədir, mən də demək istəyirəm ki, Krım bizimdir”.

“Adımı qoyum sənə…”

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 31 oktyabr tarixli açıqlamasında deyilir:

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır

İşğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi ilk növbədə onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayıb və beləliklə də gələcək təxribatları üçün zəmin yaradır.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında qadağan olunmuş heç bir döyüş sursatı yoxdur”.