Zelenski Davos sammitində Rusiyanı işğalda İTTİHAM ETDİ

6

Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışı zamanı Rusiyanı ərazilərin ilhaqında ittiham edib.

Bu barədə məlumatı TASS agentliyi yayıb.
O bəyan edib ki, Rusiya altı il bundan əvvəl Ukrayna ərazisinin bir hissəsini işğal edib. Bundan başqa, Ukrayna lideri qeyd edib ki, Ukrayna ərazisində altı ildir ki, müharibə gedir.
“Bu, bizim yeni normallığımızdır”, – deyə Zelenski əlavə edib.
Onun fikrincə, bütün dünyada hüquq məsələsinə yenidən baxılmalıdır.
Ukrayna prezidenti ölkənin ayrılmaz hissəsi olan həmin bölgələrdə təhlükəsizlik məsələsinə daha çox diqqət yetirdiyini vurğulayıb. (konkret.az)