Zelenski Putinlə GÖRÜŞƏCƏK

    42

    Hurriyyet.org xəbər verir ki, Ukraynanın Ali Radasının deputatı Mixail Poplavski “112 Ukraina” telekanalının efirində Vladimir Zelenskinin komandasının ölkə prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə görüşünə hazırlaşdığını bildirib. Deputat deyib: “Bu görüş üçün təkliflər hazırlamaq, diplomatik kanalları razılaşdırmaq lazımdır. Məhz bundan sonra iki prezident artıq formalaşdırılmış və razılaşdırılmış qərarları qəbul edəcəklər”.

    Deputat qeyd edib ki, bu görüşdə Zelenskinin başlıca tezisi Krımın və Donbassın Ukraynaya məxsus olduğu barəsində bəyanat olacaqdır. Poplavski Zelenskinin Donbassda atəşkəs ələ edilməsi ilə bağlı öz tarixi missiyasını dərk elədiyini söyləyib və deyib: “Bu, faciədir. Artıq dörd ildir ki, bu vəziyyətdən çıxa bilmirik. Bu gün bu məsələni birbaşa, siyasi-hüquqi və diplomatik əsaslarla Vladimir Putin ilə həll eləmək zəruridir, hərbi metodlarla buna nail ola bilmərik”.

    Bundan əvvəl “Mir” teleşirkətinə müsahibə verən Vladimir Putin Rusiya ilə Ukrayna arasında münasibətlərin bərpa olunacağına ümid elədiyini bildirib. Lakin prezidentin mətbuat katibi hələlik onun Zelenski ilə əlaqə saxlamağı planlaşdırmadığını bəyan edib.

    Hurriyyet.org