Zelenski xətəxanaya yerləşdirildi

210

Hurriyyet.org xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski hazırda “Feodaniya” kliniki xəstəxanasındadır. O, Kovid-19 virusu xəstəliyindən müalicə olunur.

Zelenskinin xəstələndiyi bazar ertəsi günü bəlli olub. Prezidentinin standart qrafik üzrə işlədiyi, yeganə məhdudiyyətinin izolyasiya olduğu bildirilir.

Yayda Ukrayana dövlət başçısının xanımı Yelena Zelenskaya da yeni tipli koronavirusa mübtəla olmuşdu.

Ukrayna koronavirusa yoluxma üzrə dünyada 18-ci yerdədir. Pandemiya dövründə 515 min nəfərdə virus aşkar edilib, 9 min nəfərdən artıq insan Kovid-19 üzündən həyatını itirib.