Zelenski Ərdoğanla görüşə gedəcək

72

Hurriyyet.org xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski sabah, 16 oktyabr tarixində Türkiyəyə rəsmi səfər edəcək.

Ukraynanın dövlət başçısının mətbuat xidmətinin verdiyi xəbərə görə, V.Zelenskinin Türkiyə Prezidenti R.T.Ərdoğanla görüşü gözlənilir.

Xəbərdə deyilir: “Ukrayna ilə Türkiyə arasında qarşılıqlı əlaqələrin geniş spektrinin müzakirə edilməsi, o cümlədən, bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir”.