“Zəhərlənməkdən qorxduğu üçün özü ilə aparır” – PUTİNLƏ BAĞLI ŞOK İDDİA

    27

    Hurriyyet.org xəbər verir ki, Qafqaz və Avrasiya məsələləri üzrə ekspert olan analitik Aleks Kokçarov “Tvitter”də maraqlı bir fikir irəli sürüb. O, Putinin zəhərlənməkdən qorxduğunu iddia edib.

    Koçkarov Yaponiyanın Osaka şəhərində keçirilən G-20 sammitində Putinin öz fincanını daim özü ilə gəzdirdiyini söyləyib. Koçkarov digər dövlət başçılarının ev sahibi Yaponiyanın süfrəyə qoyduğu şüşə stəkanlardan istifadə elədiyini, Putinin isə zəhərlənməkdən qorxaraq öz fincanından istifadə elədiyini yazıb.

    Digər sosial media istifadəçilərinin də bu detala maraqla yanaşmasından sonra, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verməyə məcbur olub: “Putin çay həvəskarıdır. Ona görə də termosunu özü ilə gəzdirir”.

    Hurriyyet.org