Zavod ərazisində yanğın baş verib – VİDEO

    12

    Bakıda, Binəqədi rayonunda zavod ərazisində güclü yanğın olub. Təkər tullantılarının yanması nəticəsində qalxan qara tüstü o qədər qatı olub ki, paytaxtın bütün ərazilərindən müşahidə edilib.

    Hurriyyet.org-un məlumatına görə, yanğın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, keçmiş ağac emalı zavodunun həyətində baş verib. İşlənmiş rezin şinlərin naməlum səbəbdən yanması nəticəsində havaya qatı tüstü yayılıb.

    Fövqəladə Hallar Nazirliyinin yanğın bölmələri hadisə yerinə yollanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da dərhal hadisə yerinə yollanıb, monitorinq və araşdırma işlərinə başanılıb. Mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək. \\XəzərXəbər

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: