Zaqatalada “Shacman”la “VAZ” toqquşdu: 2 ölü, 1 yaralı – FOTO

    33

    Zaqatalada baş vermiş ağır yol qəzasında iki nəfər dünyasını dəyişib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb.

    Balakən rayonunun Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi "Şaqman” markalı 90 ST 247 dövlət nömrə nişanlı yük maşını ilə VAZ-2109 markalı 62 BK 865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

    Minik avtomobilində olan daha bir nəfər – rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunis oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

    Faktla bağlı araşdırma aparılır.