Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Muxax avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı, 99 GD 901 dövlət nömrə nişanlı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.