Zaqatalada musiqiçi intihar etdi

63
Zaqatalada intihar hadisəsi baş verib.
Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzinin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Yerli sakin Səlim Yaşar oğlu Hüseynov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, S.Hüseynov musiqiçi olub.