Zaqatalada karantini pozanlar cərimələndi – FOTO

51

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədi ilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib.

Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri – Əhməd XubayberdiyevElçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.