Zaqatalada iki övlad anası xəstəxanada vəfat etdi…

126

Ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Balakən sakini dünyasını dəyişib

Noyabrın 5-i axşam saat 21 radələrində Balakən rayon sakini, 1989-cu il təvəllüdlü Arzu Anatolyevna Hüseynova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, iki övlad anası olan A.Hüseynova dünən gecə saat 04 radələrində dünyasını dəyişib.

A.Hüseynovanın ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.