Zaman və tarix Ermənistana son şansı verib – kapitulyasiya qurtuluşa vəsilə olacaqmı?

306

Ermənilərin əksəriyyəti rus sülhməramlıları məmnunluqla qarşılayıb – səbəb; politoloq: “Ermənistanda köhnə siyasətçilərin hamısı getməli, bütün köhnə yanaşmalar ləğv edilməlidir…”

44 günlük Qarabağ müharibəsində acı məğlubiyyətin qaçılmaz sonucları Ermənistanda artıq yavaş-yavaş dərk edilməkdədir. Bunu baş nazir Nikol Paşinyanın ən qatı əleyhdarlarının ritorikasından da aydın görmək olar. Verilən açıqlamalar və bəyanatlardan məlum olur ki, onlar Paşinyanın iqtidardan getməsini tələb eləsələr də, onun yerinə iddiaçı da deyillər. Ona görə ki, müharibə nəticəsində ağır maddi, insani və psixoloji zərbə alan, iqtisadiyyatı hələ müharibəyə qədər də böhranlı durumda olan Ermənistanı dirçəltmək asan olmayacaq. Yəni böyük bir yükün altına girmək məsələsi. 

İkinci yandan, siyasi opponentlər onun da fəriqndədirlər ki, Nikol Paşinyan istefa versə belə, Qarabağa dair 10 noyabr üçtərəfli razılaşmasını, daha dəqiqi, Ermənistanın kapitulyasiya aktını ləğv etmək, yaxud yumşaltmaq qeyri-mümkün olacaq. Əksinə, oradakı bütün bəndləri, yazılı öhdəlikləri Ermənistan adına həyata keçirmək lazım gələcək. Bunu isə erməni siyasətçiləri arzulamır. Çünki bu, həm də birbaşa Moskvaya, prezident Vladimir Putinin iradəsinə qarşı getmək demək olardı.

*****

Artur Vanetsyan resigns from President of Football Federation of Armenia |  ARMENPRESS Armenian News Agency

Artur Vanetsyan

Məsələn, N.Paşinyanın əsas opponentlərindən olan, Ermənistan Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan deyib ki, o və partiyası yalnız baş nazirin getməsini istəyir və üçtərəfli sənədin ləğvini tələb eləmir. Öz növbəsində eks-prezident, 2 yarım il öncə devrilmiş Serj Sərkisyanın Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bəyan edib ki, onlar əsla hakimiyyətə iddialı deyillər, sadəcə, Nikolun vəzifədən getməsini tələb edirlər.

Nikol Paşinyan isə öz növbəsində ölkədəki ictimai-siyasi qəzəbi müxtəlif vədlər verməklə, komandasını guya təzələməklə azaltmağa çalışır. Artıq XİN başçısı Zoqrab Mnatsakanyan, müdafiə naziri David Tonoyan, bir neçə digər yüksək rütbəli şəxs istefaya gedib. Lakin bu da vəziyyəti yumşalda bilmir.

“Nikol Paşinyan David Tonoyanı Ermənistanın məğlubiyyətinin əsas səbəbkarı kimi təqdim etməyə çalışır”. Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Vestnik Kavkazka” nəşrinə Ermənistan hökumətində çoxsaylı istefalar barədə danışarkən deyib.

İqor Korotçenko: “Ermənistanda gözəl başa düşürlər ki, Qarabağ əzəli  Azərbaycan torpağıdır”

İqor Korotçenko

“Ermənistanın baş nazirinə müxalifət partiyaları tərəfindən tənqidlər gücləndi, buna görə də Paşinyan özü üçün məğlubiyyət səbəbkarını tapdı. Halbuki hazırda Ermənistanın müdafiə nazirindən heç nə asılı deyil. Ermənistan müharibəni uduzdu, faktiki kapitulyasiya aktı imzalandı. Nikol Paşinyanın əvəzində başqası olsa belə, bu, Azərbaycanın hərbi qələbəsini ləğv etməyəcək. Ermənistanın müharibəni davam etdirmək üçün nə resursu var, nə də imkanı. Bilirik ki, müharibənin hələ ilk günlərində Ermənistan ordusunda çoxsaylı fərari var idi. Bu, Ermənistan cəmiyyətinin müharibəni aparmaq istəmədiyinin və apara bilmədiyinin parlaq nümunəsidir”, – deyə Korotçenko qeyd edib.

*****

Qeyd edilənlər Ermənistanda müharibədən sonrakı narazı ictimai-siyasi ovqatı yaxşı xarakterizə edir. Görünən həm də budur ki, sıravi ermənilərin yeni hökumətdən tələbləri bu dəfə qat-qat sərt və ağır olacaq. Çünki Azərbaycan Ordusunun qəti qələbəsi təkcə Qarabağ ətrafında deyil, Ermənistanın özündə də yeni, dramatik bir situasiya yaradıb – ermənilərin ağıllarına belə gəlmədiyi situasiya. Bu səbəbdən vəziyyətdən çıxmaq üçün ənənəvi yox, qeyri-standart qərarlar lazımdır. Əks təqdirdə, 2.5 milyonluq cırtdan ölkəni sadəcə, tam iflas, aclıq və fəlakət gözləyir.

“Ermənistan sakinləri anlaşılmaz miflər uğrunda müharibə yox, dinc inkişaf və iqtisadi yüksəliş istəyirlər”.

Musavat.com-un məlumatına görə, belə bir ehtimalı rusiyalı ekspert Andrey İvanov rusdilli Vesti.az-a açıqlamasında irəli sürüb.

Azərbaycan ərazilərinin bir hissəsi işğal altında ikən, kompromis mümkün  deyil - ekspert | Eurasia Diary

Andrey İvanov

Onun sözlərinə görə, Ermənistanda vətəndaş müharibəsi olmayacaq. “Orada ehtiraslar qaynayır, lakin bu, ancaq siyasi isteblişmenti əhatə edir”, – deyə o qeyd edib. Ekspertin fikrincə, bir çox sıravi erməni Dağlıq Qarabağa dair vəziyyətin nizamlanmasına dair 3-tərəfli saziş imzalandıqdan sonra rahatlıq hiss edirlər: “İnsanlar mühasirədə olan qaladakı kimi daim həyəcan içində yaşaya bilməzlər. Son üç onillikdə isə dövlət təbliğatı insanlara məhz bunu aşılayıb. İnsanlar dinc inkişaf, iqtisadi tərəqqi istəyir, nəinki hansısa anlaşılmaz miflər uğrunda mübarizə aparmaq”.

O vurğulayıb ki, indi Ermənistanda bir-birinə qarşı olan tərəf yoxdur, yalnız klanların mübarizəsi var, amma hamısının şüarları eynidir – istər Nikol Paşinyan olsun, istərsə də onun opponentlərinin. “Hamı intiqam almaq üçün qışqırır və hamı da bunun mümkün olmadığını başa düşür. Hakimiyyət uğrunda mübarizə prosesi var, ancaq bu, ideologiyalar arasında qarşıdurma deyil” – politoloq qeyd edib.

Erməni puluna materiallar hazırlayan rus blogerlər obyektiv faktları görmək  istəmir" -Ekspert Andrey İvanov yazır • Faktinfo.az

Analitikə görə, bu gün erməni reallığı belədir ki, hazırda ölkədə normal iş yeri yoxdur, maaşlar hər yerdə aşağıdır, ailəni dolandırmaq üçün ölkədən çıxıb getmək və Rusiyada işləmək lazımdır: “Reallıq xaricində olanlar isə militarist ritorikadan istifadə edib öz həmvətənlərinin başlarını dumanlandırmaq və hakimiyyətdə qalmaq və ya hakimiyyəti devirmək üçün çalışan erməni siyasətçiləridir. Ermənilərin əksəriyyəti rus sülhməramlıları ilə bağlı xəbəri məmnunluqla qarşıladılar. Artıq insanlar özlərinin təhlükəsizlikdə olacağına, Qarabağ probleminin arxa plana keçəcəyinə və iqtisadi inkişaf imkanlarının açılacağına əmindirlər. Reallığı məhz siyasətçilər qəbul etmək istəmirlər”.

KİV: Nikol Paşinyanın komandası çat verir » Demokratik.Az

İvanov hesab edir ki, bu gün yalnız Nikol Paşinyanın komandası deyil, bütövlükdə Ermənistanın siyasi sistemi çökür: “Bütün bu müstəqillik illərində ölkə tarixi miflər, mücərrəd ideyalar, davakar ritorika üzərində quruldu. Prinsip etibarilə siyasətçilər başqa bir şey təklif edə bilmədilər. Artıq günün reallıqlarından irəli gələn yeni ideyalara ehtiyac var. Belə siyasətçilər meydana çıxacaq. Ancaq bu, siyasi sistemin təzədən format edilməsi olacaq. Köhnə siyasətçilərin hamısı getməli, bütün köhnə yanaşmalar ləğv edilməlidir. Mübahisələr sollar və sağlar, liberallar və mühafizəkarlar arasında getməlidir, nəinki müharibəyə daha güclü çağırış uğrunda mübarizə aparan klanlar arasında”.

*****

Bu arada Ermənistan qaynaqlarının bildirdiyinə görə, müharibə sonrası kritik dönəmdə ölkənin eks-prezidenti, vaxtilə (1998) Qarabağa dair mərhələli həll planına razı olduğu üçün hakimiyyətdən devrilən Levon Ter-Petrosyana erməni və xarici mediadan çoxsaylı təkliflər gəlir. Bu haqda Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan öz Facebook səhifəsində yazıb (Virtualaz.org).

“Onlardan üzr istəyərək, qeyd etməyi lazım bilirik ki, ehtirasların qızışdırıldığı hazırkı şəraitdə prezident Ter-Petrosyan dövlət üçün məhvedici gərginliyin daha da dərinləşməsində iştirak etmək istəmir. Çünki Ermənistan Respublikasının ilk prezidenti danışarsa, adətinə görə, erməni xalqının başına gətirilən fəlakətin səbəbləri barədə bütün həqiqətləri açıqlamaya bilməz. İndi isə bunun vaxtı deyil”, – deyə Musinyan vurğulayıb.

Ter-Petrosyanın partiyası Qarabağ üzrə yenidən sülhə və güzəştlərə çağırır  - 24 saat xəbərlər

Musinyanın nəyə işarə etdiyi əslində aydındır. Söhbət vaxtilə Ter-Petrosyanın irəli sürdüyü təklifin müxalifət tərəfindən rədd edilməsi və onun özünün zorən istefaya göndərilməsindən, üstəlik, cəmiyyətin buna laqeyd qalmasından gedir. Ermənistanın 1-ci prezidenti o vaxt belə bir cümlə işlətmişdi ki, “əgər Dağlıq Qarabağla bağlı bizə təklif edilənə indi razı olmasaq, vaxt gələcək, yalvaracağıq, çünki Azərbaycan güclənəcək”. Bunu da yada salaq ki, Levon Ter-Petrosyan Qarabağ klanı – Serj Sərskisyan-Robert Köçəryan cütlüyü tərəfindən devrilmişdi…

Beləcə, Ermənistan adlı kvazi-dövlətin heç olmasa, bundan sonra kağız üzərində qalması üçün ermənilərin ağıllı sözə, müdrik təklifə çox böyük ehtiyacı var. Ağıllı sözü eşitmək üçün isə ağıllı olmaq gərəkdir, nəinki sərt reallıqları görməzlikdən gələn ağılsız inadkar. Görək, Ermənistan və onun toplumu hansı yolu seçəcək? Kapitulyasiya qurtuluşa vəsilə olacaqmı? Yəni Ermənistan, nəhayət, daşı ətəyindən töküb öz qonşuları ilə dinc-yanaşı yaşamaq kursu götürəcəkmi? Onlara qarşı əsassız ərazi iddialarından əl çəkəcəkmi?

Bir şey dəqiqidir və analitiklər də bunu dönə-dönə vurğulayır ki, zaman və tarix ermənilərə sonuncu şansı verib…

Siyasət şöbəsi