Zakir Qaralov işdən çıxardığı prokurora yeni vəzifə verdi

    6

    Bir müddət əvvəl Baş Prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilən Ağsu rayonunun prokuroru Elvin Mirzəyev yeni vəzifəyə təyin edilib.

    Hurriyyet.org publika.az-a istinadla xəbər verir ki, keçmiş prokuror Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin prokuroru vəzifəsinə gətirilib.