Zakir Qaralov Hacıyevi hərbi prokuror TƏYİN ETDİ

    21

    Füzuli hərbi prokuroru vəzifəsinə yeni təyinat olub.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Hacıyev Elçin Süleyman oğlu Füzuli hərbi prokuroru vəzifəsinə təyin edilib.

    E.Hacıyev bundan əvvəl Lənkəran hərbi prokuroru olub.

    Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev APA-ya faktı təsdiqləyib.