Zakir Həsənov təyyarə qəzası ilə bağlı müşavirə keçirdi

    3

    Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

    Hurriyyet.org xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.