Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib – FOTOLAR

    12

    İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

    Hurriyyet.org Müdafiə Nazirliyinə istinadən bildirir ki, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

    Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.

    Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib - FOTOZakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib - FOTOZakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib - FOTO