Zakir Həsənovdan düşmənə xəbərdarlıq – ““İsgəndər” raketlərindən istifadə edəcəyi halda…”

177

“Düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək”. 

Hurriyyet.org  xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə deyib.

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.