Zakir Həsənov: “Düşmənin ön xətti yarılıb və 7 kənd işğaldan azad olunub”

132

“Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə Sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub”.

“Report” xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edərkən deyib.

“Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir”, – Zakir Həsənov vurğulayıb.