Zakir Həsənov: “Azərbaycan tankçılarının finalına yüksəlməsi nailiyyətdir”

69

“Azərbaycan tankçılarının Tank biatlonu Beynəlxalq Ordu İdman oyunlarının finalına yüksəlməsi artıq bir nailiyyətdir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə Azərbaycanın Müdafiə Naziri general polkovnik Zakir Həsənov bildirib.

“Yarışları izləyəcəyik. Bəzi məqamlar var. Realist olmaq lazımdır. Tankçılarımız artıq öz məharətlərini göstərib”, – deyə azərbaycanlı nazir vurğulayıb.