Zahid Orucun dairəsində də məntəqənin nəticəsi etibarsız sayıldı

6

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 94 saylı Bərdə kənd seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Hurriyyet.org xəbər verir ki, müraciət haqqında MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, qeydə alınmış namizəd Oruc Əhmədlinin müraciət araşdırılıb. 

Məntəqə seçki komissiyaları tərəfindən tərtib edilib, dairə seçki komissiyasına təqdim edilən protokollar müqayisələndirilib. Araşdırma zamanı həmin seçki dairəsinin 1 saylı seçki məntəqəsinin nəticələrində uyğunsuzluq müəyyən edilib. MSK üzvünün təklifi, Komissiyanın ekspert qrupunun rəyi ilə 1 saylı seçki məntəqəsində seçkilərin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, bu dairədən lider namizəd Zahid Orucdur./modern.az/