Zabit Səmədov Avropa çempionu oldu – VİDEO

    9

    Mayın 30-da Moskvada kikboksinq üzrə "JARA Fight Show" turniri keçirilib.

    Hurriyyet.org xəbər verir ki, Azərbaycan idmançısı Zabit Səmədov turnirdə fransalı Freddi Kemayoya qalib gələrək "King of Kings" versiyası üzrə Avropa çempionu adını qazanıb.

    Səmədov 5 dəqiqə davam edən döyüş ərzində aşkar üstün tərəf olub. Üç hakim birmənalı olaraq ona 50:46 hesablı qələbə verib. Bu onun sayca 99-cu qələbəsi olub.

    Döyüş Moskvanın "Vegas City Hall" kompleksində baş tutub./report/