Zərif ilə Lavrov Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

246

Hurriyyet.org xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov  ilə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub. RF XİN saytında verilən məlumatda deyilir: “Tərəflər münaqişə zonasında atəşin tamamilə kəsilməsinə nail olmaq məqsədi ilə Rusiyanın göstərdiyi səylər də nəzərə alınmaqla, Dağlıq Qarabağdakı mövcud vəziyyəti müzakirə ediblər. Həmçinin, döyüşlər nəticəsində zərər çəkmiş mülki əhaliyə zəruri humanitar yardım məsələsi də müzakirə edilib”.

Nazirlər Suriya, İran körfəzi, Yəmən və Əfqanıstandakı vəziyyət barəsində də danışıblar.