Zərdabda 33 yaşlı kişi intihar etdi

198

Zərdab rayonunda intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Yarməmmədbağı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 33 yaşlı Osmanov Fariz Vaqif oğlu özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F.Osmanov ailəliydi, 3 azyaşlı uşağı var.

musavat.com