Zərdab Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi barədə yayılan məlumatlar əsassızdır.
Hurriyyet.org xəbər verir ki, bu barədə axar.az-a Zərdab İcra başçısının köməkçisi Səməd Cəfərov deyib. O bildirib ki, hazırda vəzifədə olan 2 nəfər saxlanılıb:
“Yarməmmədbağı kəndinin keçmiş icra nümayəndəsi və hazırkı bələdiyyə sədri saxlanılıb. Onların həbs edilib-edilməməsi barədə tam məlumatım yoxdur. Həmin icra nümayəndəsini başçı Mərdan müəllim 1 ay əvvəl vəzifədən azad etmişdi. Memarlıq və tikinti şöbəsinin müdiri Sahid Əhmədov isə rayon prokurorluğuna dəvət olunub və oradan aparılıb”.