Zəngilanda yük maşını körpüdən aşıb –Sürücü ölüb

240

Zəngilan rayonunda yol qəzası baş verib.

Hurriyyet.org DİN-ə istinadla xəbər verir ki, dekabrın 2-i saat 12 radələrində Zəngilan rayonu ərazisində İmişli rayon sakini Nicat Qasımov idarə etdiyi “Shacman” markalı yük avtomobilini Oxçu çayının üzərindən keçən körpüdən aşırıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Zəngilan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.