Zəngilanda yaralandı, 4 gün ac-susuz döyüşdü: Şəhid hesab olunan əsgərimiz sağdır – FOTO

312

Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.

Həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur.

O, Murovda ermənilərin müşahidə postunu dağıdıb. Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.

Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər tələyə salsa da, o, tələdən çıxmağı bacarıb.

Böyük şücaət göstərən əsgərimiz hazırda sağalmaq üzrədir./sonxeber.az/