Yunis Hüseynov koronavirusa yoluxdu

183

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov COVİD-19 virusuna yoluxub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun hazırda həkimlərin nəzarəti altında müalicəsinin davam etdiyi bildirilib.

Qeyd edək ki, “Keşlə”nin futbolçularından Miyuşko Boyoviç, Con Kamara və Turan Vəlizadənin də son koronavoris testi pozitiv olub.