Yunanlar Türkiyəyə görə ordunu gücləndirir

66

Silahlı qüvvələri gücləndirmək üçün daha çox maliyyə ayırmağa hazırıq.

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan Maliyyə naziri Kristos Staikouras deyib.

“Maliyyə Nazirliyi olaraq hökumətin bu yöndə qərarlarını dəstəkləmək üçün hər şeyi etməyə hazırıq”, – deyə nazir bildirib.

Qeyd edək ki, yunan hökuməti 2009-cu ildən bəri xarici borclardan dolayı müdafiə xərclərini müvəqqəti dondurmuşdu.

Şərqi Aralıq zonasında Türkiyə ilə yaşanan gərginlik fonunda Afinadan belə açıqlama gəlməsi diqqət çəkib.