Yunanıstanla Türkiyə arasında Şərqi Aralıq dənizində “şelf hüquqları savaşı”

78

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın geoloji araşdırma mərkəzinin (USGS) 2010-cu ildə apardığı bir tədqiqata görə, Şərqi Aralıq dənizinin Levant hövzəsində təxminən 1,7 milyard barrel neft və 122 trilyon kub fut qaz ehtiyatı var.

May ayının axırında Türkiyənin Aralıq dənizində axtarış aparmaq üçün lisenziya almaq məqsədilə yeni müraciətinin “Resmi Qazete”də dərc edilməsi, Xarici İşlər Nazirliyinin “Tvitter” hesabında xəritələr paylaşılması Yunanıstanda təşviş doğuru. Beynəlxalq dəstək axtarmağa başlayan Afina iqtidarı Krit və Rodos adalarında müttəfiqləri ilə birgə təlimlər keçirdi.

Türkiyə 27 noyabr 2019-cu ildə Liviya ilə imzaladağı Dəniz Səlahiyyəti Sahələri Müqaviləsi memodandumu ilə Yunanıstanın Krit, Karpatos və Rodos adalarının cənubunda qalan bölgəni qitə şelfləri daxilində gördüyünü elan eləmiş və bu razılaşmanı BMT-də qeydiyyatdan keçirmişdi. Müqavilənin beynəlxalq  hüquq cəhətindən düzgün olmadığını iddia edən Afina 1982-ci il tarixli Beynəlxalq Dəniz Hüququ Müqaviləsinə görə, adaların qitə şelflərinə hüquqları olduğunu, Türkiyənin ortaya qoyduğu xəritənin Yunanıstanın suverenliyini tapdaladığını bəyan eləmişdi.

Avropa İttifaqı da Yunanıstanın açıqlamalarını dəstəkləmiş, Türkiyənin hidrokarbon axtarışını “qanunsuz” adlandıraraq, dayandırılmasını tələb eləmişdi. Suyasi sahədə baş verən bu gərginliyə rəğmən, 2019-cu ilin ikinci yarısından etibarən Ankara ilə yeni qurulan Afina hökuməti arasında dialoq kanalları açıq saxlanıldı. Lakin Yunanıstanın Fransa ilə Türkiyə arasında son dövrdə getdikcə gərginləşən münasibətlərdən öz lehinə istifadə eləmək səyi və başda Avropa İttifaqı olmaqla beynəlxalq platformalarda küncə sıxışdırmağa çalışması Ankara tərəfindən etirazla qarşılandı.

Yunanıstanın Cənubi Kipr Yunan Respublikası tərəfi ilə birlikdə Aralıq dənizinin digər həmsahil ölkələri olan Misir və İsrail ilə hidrokarbon fəaliyyətini davam etdirməsi, bu zaman Türkiyə ilə Şimali Kiprin mənfəətlərinə məhəl qoymaması Türkiyənin mövqeyini daha da sərtləşdirdi.

Türkiyə 13 iyul tarixində Fransanın təşəbbüsü ilə təşkil edilən Aİ Xarici Əlaqələr Şurasının iclasından bir həftə sonra 21 iyulda “dənizçilərə xəbərdarlıq” olan ilk NAVTEX elan elədi və “Oruç Reis” seysmik araşdırma gəmisinin Türkiyənin BMT-yə bildirdiyi qitə şelfləri daxilində 2012-ci ildə TPAO-ya verilən lisenziya sahələri daxilindəki bölgədə araşdırma aparılacağını bəyan elədi.

Yunanıstan isə Türkiyənin araşdırma aparacağı sahələrin öz qitə şelflərinə daxil olduğunu açıqlayaraq sərt etirazını bildirdi. Suverenelik hüquqlarını qorumaq məsələsində geri addım atmayacağını bildirən Yunanıstanın bölgəyə hərbi gəmilərini göndərməsi, buna qarşılıq olaraq, Türkiyə Dəniz Qüvvələrinin “Oruç Reis”in mühafizəsini gücləndirməsi silahlı toqquşma təhlükəsi yaratmışdı.

Tərəflər arasında gərginlik Aİ müvəqqəti başçısı olaraq çıxış edən Almaniyanın Baş naziri Angela Merkelin 22 iyul tarixində Türkiyə Prezidenti R.T.Ərdoğan və Miçotakis ilə telefon söhbətindən sonra azalmışdı. Lakin Ankara ilə Afina arasında yeni bir dialoq prosesinin elan edilməsindən bir gün sonra Yunanıstan ilə Misir arasında dəniz slahiyyətləri müqaviləsi imzalanıb. 6 avqust tarixində müqavilənin elan edilməsindən dərhal sonra Türkiyənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu iki ölkə arasında dəniz sərhədi olmadığından Yunanıstan-Misir razılaşmasının “yox hökmündə” olduğu bildirilib.

Yunanıstan-Misir razılaşmasına siyasi etirazdan sonra Türkiyənin ilk qəti addımı 10 avqust tarixində səhər saatlarında NAVTEX elanı verməsi olub. Elanda “Oruç Reis” gəmisi ilə onu müşayiət edəcək “Ataman” və “Çingiz xan” gəmilərinin 23 avqust tarixinə qədər işləyəcəkləri sahələrin koordinantlarını qeyd edilib.

Türkiyənin NAVTEX elanından bir neçə saat sonra Yunanıstan da dəniz elanı verərək həmin ərazilərin özünə məxsus olduğunu və Türkiyənin elanının qanunsuz olduğunu bəyan edib.