Yunanıstanın Aralıq dənizi ilə bağlı açıqlaması: “TÜRKİYƏ İLƏ DİALOQA HAZIRIQ”

192

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Şərqi Aralıq dənizi ilə bağlı açıqlamasında Yunanıstanın Türkiyə ilə dialoqa hazır olduğunu söyləyib.

Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias paytaxt Afinada rəsmi səfərdə olan İspaniya Xarici İşlər, Avropa İttifaqı və Beynəlxalq Əməkdaşlıq naziri Arança Qonsales Laya ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında bu açıqlamanı verib.

İspan həmkarı ilə qaçqınlar məsələsini və Şərqi Aralıq dənizindəki hadisələri müzakirə edən Dendias Liviya məsələsində Avropa İttifaqının daha fəal olmasınının lazım gəldiyi məsələsində Laya ilə həmfikir olduqlarını bildirib.

“Yunanıstan da Türkiyəyə hörmətlə yanaşır”

Dendias Layanın dünən Ankarada görüşlər keçirdiyini xatırladaraq deyib: “Yunanıstan da qonşusu Türkiyəyə hörmətlə yanaşır”.

Türkiyənin Prezident Aparatının mətbuat katibi İbrahim Kalının Şərqi Aralıq dənizindəki qazma işləri ilə bağlı açıqlamasından bəhs edən Dendias söyləyib: “Təzyiq və ya təhdid olmadan Türkiyə ilə dialoqa hazırıq. Türkiyə ilə yeganə problemimiz qitə şelflərinin və dəniz səlahiyyəti sahələrinin müəyyənləşdirilməsidir”.

Hurriyyet.org