Yunanıstandan Türkiyəyə qarşı XOŞAGƏLMƏZ AÇIQLAMA

    3

    Hurriyyet.org xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Kotzias, dünən baş nazir və hökumətin mətbuat katibi Bəkir Bozdağın Yunanıstanda azadlıqda olan 8 nəfər çevrilişçi, FƏTÖ üzvü olan türk hərbçisi barəsində verdiyi açıqlamalara ERT dövlət televiziyası vasitəsilə cavab verib.

    Yunan nazir deyib: “Bu cür yersiz açıqlamalar daxili siyasətə baxaraq, xarici siyasət yürüdənlər üçündür. Yunan baş nazirinin etməli olduğu yeganə şey, ədalətin bərqərar olmasını təmin eləməkdir. Təəssüf ki, Türkiyədəki siyasətçilərin bir qismi siyasət ilə ədalət arasındakı əlaqəni anlamaqda çətinlik çəkməkdir”.

    Kotzias Bəkir Bozdağın, "Nə edirlərsə etsinlər, çevrilişçi FƏTÖ hərbçilərini tapmaq, onları “paketləyib” Türkiyəyə gətirmək bizim vəzifəmizdir” sözlərinə qarşılıq oaraq deyib: “Türkiyə bizim oyun oynanacaq bir ölkə olmadığımızı bilir. Türkiyə buradan heç kimi apara bilməz, buna haqqı yoxdur, biz də buna imkan vermərik”.

    Hurriyyet.org