Yunanıstanda Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə məlumatı Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk verib.
Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Saloniki şəhərində keçirilən 15-ci beynəlxalq kitab sərgisində yazıçı, şair, dramaturq Hüseyn Cavidin 135-ci ildönümünə həsr olunmuş təqdimatla çıxış ediblər.
Çıxışçılar Hüseyn Cavidin yaradıcılığından,yazdığı əsərlər haqqında və onun müsəlman-türk aləminə verdiyi bədii töhfələrdən,fəlsəfi ideyalardan danışıblar.