Yunanıstanda Azərbaycan icması fəaliyyətini gücləndirib

    24

    Azərbaycanın Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev və “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov Saloniki şəhər bələdiyyəsinin sədr müavini xanım Elli Xrisidu ilə görüşüblər.

    Bu barədə məlumatı Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib.

    “Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı haqqında danışılıb. Daha sonra Saloniki Bələdiyyə Kitabxanasına Azərbaycan tarixi və mədəniyyətinə aid kitablar hədiyyə ediblər. Qarşıda maraqlı və iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək layihələrin reallaşdırması müzakirə olunub. Qeyd edim ki, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi və "QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 3-6 may tarixlərində Saloniki şəhərində beynəlxalq kitab sərgisində təmsil olunacaqlar. Ölkəmizin mədəniyyətinə, tarixinə, ədəbiyyatına aid kitablar təqdim ediləcək”.