Yunanıstanda Azərbaycan icması bir araya gəldi

    21

    Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi “QALA” Yunan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birlikdə 2018-ci ilin 1 may tarixində Yunanıstanın ikinci böyük şəhəri olan Salonikidə Ulu Öndər Heydər Əliyevin 95 illik Yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Səfirliyin müvəqqəti işlər vəkili Eldar Əliyev Ulu Öndərin həyatı, onun siyasi fəaliyyəti, Azərbaycanın inkişaf tarixində onun əvəzsiz rolu haqqında məlumat verib, müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafında onun xidmətləri haqqında danışıb.

    Tədbirdə iştirak edın Türkiyə Respublikasının Saloniki şəhərindəki Baş Konsulu Orhan Yalman Okan çıxışında ulu öndərin Azərbaycan-Türkiyə münasibətlərinə və ümumilikdə Türk dünyasının həmrəyliyinə töhfəsi haqqında danışıb, onun "iki dövlət bir millət" sözlərinin bu gün də Azərbaycan-Türkiyə dostluğunun əsasını təşkil etdiyini qeyd edib.

    "QALA" Yunan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov çıxışında, xaricdə, o cümlədən Yunanıstanda yaşayan azərbaycanlıların Heydər Əliyev irsinə, onun Azərbaycançılıq fəlsəfəsinə bağlı olduqlarını vurğulayıb.

    Tədbirin sonunda "Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.

    Elnur Eltürk