Yunanıstanda hökumət faşist saytlarla əməkdaşlıq edir “Anadolu Agentliyi”nin müxbirinin pasportunu irqçi saytda yaydılar, ittiham və təhdid elədilər

78

Hurriyyet.org xəbər verir ki, Antalya ilə üzbəüz olan Meis adasına getmiş “Anadolu Agentliyi”nin müxbirinin pasportunu Yunanıstanda irqçi saytda yayıblar.

Agentliyin Afinada işləyən qrupu Türkiyə düşməni olan iqrçi bir yunan internet saytı tərəfindən ittiham və təhdid edilib. Sayt agentliyin Afina təmsilçisi Tevfik Durul ilə fotomüxbir Ayhan Mehmetin pasport məlumatları və fotolarını paylaşan irqçi Turkikanea.gr internet saytı təhrikedici yazılar yazıb: “Niyə Türkiyə vətəndaşı olan Milli Kəşfiyyat İdarəsi agentlərinin Meisə gəlməyinə icazə veririk? Niyə adaya ayaq basmalarına icazə verdik? Bu casusların nə etmək istədiklərini bilmirikmi?”

Saytda Durulun yalnız Yunanıstanın rəsmi dövlət orqanlarına bəlli olan şəxsiyyət vəsiqəsi fotosunun yayılması diqqəti cəlb edib. Mehmetin anadan olduğu zaman və məkan barəsində məlumatlar belə paylaşılıb.

Türkiyənin Rabitə naziri Fahrettin Altun, Yunanıstan rəhbərliyinin “Anadolu Agentliyi” əməkdaşlarını faşist bir internet saytının əli ilə hədəf göstərdiyini bildirərək deyib: “Bu jurnalist dostlarımızın saçının bir telinə belə zərər gələrsə, bunun əvəzini ödəyəcəksiniz. Ən çətin şəraitdə jurnalist vəzifəsini icra edən “Anadolu Agentliyi”ni heç kim susdura bilməz”.

“Anadolu Agentliyi”nin baş direktoru Şenol Kazancı da etirazını bildirib: “Afina iqtidarından açıqlama və üzr gözləyirik”.